16-17 may tarixlərində Bakıda Körpükamp qeyri-konfransı keçirildi. Körpükampın ilk günü, 150-dən artıq insanın iştirakı ilə keçirildi. Konfransın iştirakçılarının əsas auditoriyası, İnternet, Media və QHT nümayəndələri idi. AEGEE-Bakı tədbirdə super layihəsi olan Avropaya bir addım layihəsinin təqdimatı ilə çıxış etdi. Aktiv üzvlərimiz Bəhruz Fikrətoğlu və Leyla Xəlilova AEGEE- Bakı, layihələr və onlarda şəbəkələşmənin rolundan danışdılar. AEGEE-Bakının demək olar ki, ən böyük və populyar layihəsi olan Yay universitetləri barədə məlumat verildi. Konfrans iştirakçıları AEGEE-Bakının təqdimatına böyük maraq göstərdilər.
M | T | W | T | F | S | S |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |